Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? ŞOK AÇIQLAMA Yeni Gündəm | Icma.az
Yenigundem portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, dünya çempionu, səkkiz dəfə “Qızıl top” mükafatını qazanmış Lionel Messi, həmçinin dünya ulduzları Luis Suares, Serxio Buskets və Jordi Alba Azərbaycanda səfərdə olub.
Onların ölkəmizə gəlişi müzakirələrə yol açıb. Bir çoxlarını məşhur futbolçuların Bakıya gəliş səbəbi düşündürür.
Digər tərəfdən isə dünya ulduzlarının Azərbaycanla bağlı paylaşım etməməsi birmənalı qarşılanmayıb.
NOCOMMENT.az xəbər verir ki, idman jurnalisti Natiq Muxtarlı Globalinfo.az-a açıqlamasında Messi və digər məşhur futbolçuların Azərbaycana gəlməsinin futbola heç bir aidiyyətinin olmadığını bildirib.
Onun fikrincə, dünya ulduzlarının ölkəmizə gətirilməsi kimlərinsə piar kampaniyasıdır: “Sosial şəbəkələrdə edilən paylaşımlara baxdıqda, bu şəxsin Adnan Əhmədzadə olduğu güman edilir.
Messi və dostları ilə şəkil çəkdirənlər sosial şəbəkələrdə məhz ona təşəkkür edirlər. Bəs bu səfər Azərbaycana nə verdi? Heç nə.
Bəs nə apardı? Külli miqdarda vəsait. Bu məşhurlar Bakıya ödənişsiz gəlməyib. Messinin hər saatı yox, dəqiqəsi belə puldur.
Tam oxu
Xəbəri oxu