Adnan Əhmədzadədən Messiyə özəl hədiyyə VİDEO

02.04.2025

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

"Əfsanəvi "Barselona" klubunun 125 illik yubileyi şərəfinə "Jacob & Co." 125 ədəd məhdud sayda saat kolleksiyası buraxıb. Hər biri böyüklüyə hörmətdir".

İdman.biz xəbər verir ki, bu sözləri azərbaycanlı iş adamı Adnan Əhmədzadə sosial şəbəkə hesabında yazıb.

O, saatlardan birini "Barsa"nın keçmiş futbolçusu, əfsanəvi Lionel Messiyə hədiyyə edib: "Aralarında bir saat var ki, nömrəsinə görə digərləri ilə müqayisə oluna bilməz.
10 nömrə. Bu nömrə layiq olduğu şəxsdədir.
Lionel Messi — ona anlam qazandıran, onu əbədi edən insan.
İndi 10 nömrəli "Özəl saat" aid olduğu yerdədir.
Əfsanə üçün şah əsər".

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью