Adnan Əhmədzadənin vəkili: Hər bir proses hüquq üzərindən aparılır

22.09.2025

Icma.az bildirir, Mia.az portalına istinadən.

DTX tərəfindən həbs edilən iş adamı Adnan Əhmədzadənin istintaq prosesində hüquqlarını müdafiə edən vəkilin kimliyi məlum olub. 

Bu, Vəkillər Kollegiyasının üzvü Şaiq Mirzəyevdir.

Mia.az bxəbər verir ki, gunensesi.info-ya açıqlamasında Şaiq Mirzəyev müdafiə etdiyi şəxsin durumu haqqında danışıb.

Onun sözlərinə görə, Adnan Əhmədzadə özünü yaxşı hiss edir: “Hər hansı təzyiqə məruz qalmayıb. Hər bir proses hüquq üzərindən aparılır”.

“Adnan Əhmədzadə ittihamları qəbul edirmi” sualına gəlincə, vəkil bu barədə danışmaq istəmədiyini deyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью