Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Adnan Oktar cinayətkar təşkilatında "kedicik" kimi tanınan və təxminən 1,5 il həbsdə qalan Damla Pamir azadlığa çıxdıqdan sonra yeni həyat qurub.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, o, soyadını və imicini dəyişdirərək İstanbulda xüsusi bir məktəbdə ingilis dili müəllimi kimi çalışmağa başlayıb.
Məlumata görə, Pamir yaxın ətrafına "təşkilatla bütün əlaqələrimi kəsdim" deyib. Onun adı və fotosu məktəbin rəsmi internet saytında da yer alıb.