ADNSU bp nin yarım milyonluq qrantı hesabına yeni avadanlıqlar ALACAQ | Icma.az
Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) "bp Eksploreyşn (Caspian Sea)
BAKU.WS-in əldə etdiyi məlumata görə, universitet üç ayrı tender elan edib.
Layihələr çərçivəsində əsasən tədris prosesinin müasirləşdirilməsi və laboratoriyaların təchizatı nəzərdə tutulur.
İlk tenderdə 355 min 166 manat dəyərində avadanlıq və proqram təminatı alınacaq.
Buraya təhsil müəssisələri üçün çoxistifadəçili lisenziyaya malik 3D modelləşdirmə proqramları, elmi-tədqiqat məqsədli dizayn və simulyasiya proqram təminatı, həmçinin yüksək performanslı kompüterlər, monitorlar, monoblok kompüterlər və printerlər daxildir.
İkinci tender çərçivəsində 241 min 331 manat məbləğində mebel və inventarların alınması planlaşdırılır.
Buraya tələbə masaları, oturacaqlar, müəllim masaları, kürsülər, həmçinin laborator dəsti və laborator masaları daxildir.
Üçüncü istiqamət isə əlavə avadanlıq və təchizatın alınmasına yönəlib.
Tam oxu
Xəbəri oxu