ADNSU da BP nin dəstəyi ilə laboratoriya qurulacaq

04.06.2025

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

“BP Eksploreyşn Limited” şirkətini maliyyə dəstəyi ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində laboratoriyanın qurulması planlaşdırılır.

Bu barədə “Report” dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir.

Məlumata görə, Universitet şirkətin yerli nümayəndəliyinin ayırdığı qrant hesabına bərpa olunan enerji laboratoriyasının qurulması üçün əsaslı təmir işləri aparılması üçün tender keçirib. Tenderin qalibi olan “Greentech Solution” MMC-yə 580 min manat ödəniləcək.

"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью