Teleqraf.com saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti “Times Higher Education”nın (THE) tərtib etdiyi “İnterdisiplinar Elm Reytinqi 2025”-də (“Interdisciplinary Science Rankings 2025”) ilk dəfə yer alıb.
THE-nin “Schimidt Science Fellows” təşkilatı ilə birgə hazırladığı və dünyanın 749 ən yaxşı ali məktəbinin daxil olduğu bu reytinqdə ADNSU 201-250 diapazonunda qərarlaşıb.
Ümumi olaraq mümkün 100 baldan 42.6-45.4 diapazonunda bal toplayaraq Azərbaycan universitetləri arasında yüksək mövqe tutan ADNSU ən yüksək nəticəni – 100-dən 83,3 balı interdisiplinar araşdırmalara dəstək üçün infrastruktur, idarəetmə və tanınma mexanizmləri – “Proseslər” kateqoriyası üzrə qazanıb.
“İnterdisiplinar Elm Reytinqi 2025”-də TOP 500-də 3 Azərbaycan universiteti yer alıb.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Bakı Dövlət Universiteti 201-250-ci, Azərbaycan Texniki Universiteti isə 401-500-cü mövqedə qərarlaşıb.
Reytinq üç əsas istiqaməti əhatə edir və ADNSU-nun bu istiqəmətlər üzrə əldə etdiyi nəticələr aşağıdakı kimidir: 1.
Resurslar: İnterdisiplinar tədqiqatlara ayrılan maliyyə və digər imkanlar.