Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) ilə görüş keçirilib.
Görüşdə ADNSU-nun rektoru, dosent Rüfət Əzizov və 4SİM-in icraçı direktoru Fariz Cəfərovun rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak ediblər.
Moderator.az xəbər verir ki, tərəflər arasında keçirilən görüşdə universitetin konsaltinq imkanlarının formalaşdırılması, tələbələrin sənayedə təcrübə keçmək imkanlarının genişləndirilməsi və Dördüncü Sənaye İnqilabı texnologiyalarına dair təlim proqramlarında ADNSU-nun fəal iştirakı müzakirə olunub.
Rektor Rüfət Əzizov çıxışında universitet tələbə və əməkdaşlarının 4SİM-in “Coursera” şirkəti ilə birgə həyata keçirdiyi “Milli Proqram” çərçivəsində Dördüncü Sənaye İnqilabı texnologiyaları sahəsində təklif olunan ödənişsiz kurslarda fəal iştirakı edtdiyini bildirib.
Bu təşəbbüs çərçivəsində süni intellekt, proqramlaşdırma, böyük verilənlər, liderlik və digər müasir sahələr üzrə kurslara ödənişsiz çıxış təmin olunub.
Nəticədə, bu günədək 1600-dən çox ADNSU tələbəsi və 200 əməkdaş “Coursera” platformasında təlimlərə qatılıb, ümumilikdə 3400 beynəlxalq sertifikat əldə edilib.
4SİM-in icraçı direktoru Fariz Cəfərov qurumun fəaliyyət istiqamətləri və gələcək planları haqqında məlumat verib.