Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiyanın Nijni Tagil şəhərində pitsa sifariş edərkən özünü "Adolf Hitler" kimi təqdim edən 18 yaşlı kollec tələbəsi inzibati qaydada həbs edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Sverdlovsk vilayətinin məhkəmə xidməti məlumat yayıb.
Hadisə iyunun 9-da gənc tələbənin kollecdəki partanın üzərinə çəkilmiş qadağan olunmuş nasist simvolikasının fotosunu açıq çatda paylaşması ilə başlayıb. O, sonradan rəsmi partadan silib və fotonu şəbəkədən kənarlaşdırıb. Lakin araşdırma zamanı həmin gəncin ticarət mərkəzində pitsa sifariş verərkən özünü "Adolf Hitler" adı ilə qeydiyyatdan keçirdiyi də məlum olub.
Məhkəmə prosesində tələbə günahını tamamilə etiraf edərək peşman olduğunu bildirib. Məhkəmə qanun pozuntusunun xarakterini və ictimai təhlükəliliyini nəzərə alaraq, pul cəzasını qeyri-kafi hesab edib və gəncə qarşı 5 sutkalıq inzibati həbs qətimkan tədbiri təyin edib.
Bizim.Media