ADPU: Bartın Universiteti ilə əməkdaşlıq imkanları müzakirə olunub AZƏRTAC

02.12.2024

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 2 dekabr, AZƏRTAC

Dekabrın 2-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Türkiyənin Bartın Universitetinin nümayəndələri ilə görüş keçirilib.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, görüş zamanı tərəflər arasında ikitərəfli əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələləri müzakirə olunub.

Görüşdə Bartın Universitetinin prorektoru professor Mehmet Zahmaqıran, “Erasmus” ofisinin koordinatoru Əhməd Yirmibeş, ADPU-nun tədris işlər üzrə prorektoru dosent Eldar Aslanov və başqaları iştirak ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью