ADPU da çalışan müəllimlərin yarıya yaxını universitetin öz məzunlarıdır

31.01.2026

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 31 yanvar, AZƏRTAC

Hər 2 müəllimimizdən 1-i ADPU-nun öz yetirməsidir. Belə ki, Pedaqoji Universitetdə çalışan professor-müəllim heyətinin 49.2 faizi ADPU-nun öz məzunlarıdır.

Bu barədə AZƏRTAC-a universitetin ictimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev məlumat verib.

O bildirib ki, ümumilikdə universitetdə 775 nəfər professor-müəllim heyəti fəaliyyət göstərir. Bununla yanaşı, 104 nəfər isə universitetdə inzibati vəzifə daşımaqla yanaşı həm də pedaqoji fəaliyyətlə məşğul olur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью