Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 28 sentyabr, AZƏRTAC
Ötən il qəbul olunan “Azərbaycan Dövlət Pedaqoji Universiteti–2030” (ADPU–2030) Strateji İnkişaf Planı ümumi niyyətlərə deyil, ölçülə bilən nəticələrə əsaslanır.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, strategiya 6 strateji məqsəd və 34 konkret hədəfi əhatə edir. Əsas istiqamətlərdən biri 2030-cu ilədək sosial elmlər sahəsində dünyanın ilk 1000 universiteti sırasına daxil olmaq və dördüncü nəsil universitet modelinə keçməkdir.