ADPU rektoru: Müasir dil müəllimi yalnız bilik ötürən mütəxəssis olmamalıdır

28.11.2026

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Müasir dil müəllimi yalnız dil biliklərini ötürən mütəxəssis deyil, həm də öyrənənlərdə kommunikativ, yaradıcı, tənqidi düşünmə və mədəniyyətlərarası ünsiyyət bacarıqlarını inkişaf etdirən pedaqoq olmalıdır.

525.az xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov “Dil müəllimləri: aktual problemlər və inkişaf istiqamətləri” mövzusunda keçirilən sammitdə çıxışı zamanı deyib. Rektor bildirib ki, müasir dövrdə dil müəllimlərinin peşəkar inkişafı, innovativ tədris metodlarına və rəqəmsal texnologiyalara yiyələnməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi xüsusi əhəmiyyət daşıyır.

Dil yalnız ünsiyyət vasitəsi deyil, həm də milli kimliyin, tarixi yaddaşın və mənəvi dəyərlərin daşıyıcısıdır. Ana dilinin qorunması, zənginləşdirilməsi və saflığının gələcək nəsillərə ötürülməsi hər kəsin mühüm vəzifəsidir. Eyni zamanda, xarici dillərin öyrənilməsi mədəniyyətlərarası dialoqun və beynəlxalq əməkdaşlığın genişlənməsinə xidmət edir.

Cəfər Cəfərov vurğulayıb ki, müasir insanı bir və ya bir neçə xarici dil bilmədən təsəvvür etmək çətindir: “Bu baxımdan dil tədrisi yalnız dil qaydalarının və söz ehtiyatının mənimsədilməsi ilə məhdudlaşmamalı, öyrənənlərin müxtəlif bacarıqlarının inkişafına da istiqamətlənməlidir. Hazırda rəqəmsal texnologiyaların və süni intellektin tədrisdə tətbiqi, innovativ yanaşmaların mənimsənilməsi, eləcə də müəllimlərin davamlı peşəkar inkişafı aktual məsələlərdəndir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью