ADPU tələbələri üçün ekoloji maarifləndirmə təşkil edib

21.09.2026

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 21 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Təhsil Könüllüləri Tələbə Birliyi və Pirallahı Gənclər Evinin əməkdaşlığı ilə gənclərin ekoloji maarifləndirilməsinə həsr olunmuş “Tullantılardan sənətə” layihəsi həyata keçirilib.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə tələbələrə tullantıların təkrar istifadəsi, ətraf mühitin qorunması və ekoloji məsuliyyətin formalaşdırılmasının əhəmiyyəti barədə məlumat verilib.

Sonra tələbələr istifadə olunmuş materiallardan müxtəlif yaradıcı əl işləri hazırlayaraq tullantıların faydalı və yaradıcı məqsədlər üçün yenidən istifadəsi imkanlarını nümayiş etdiriblər.

Tədbir çərçivəsində tələbələr üçün infotur da təşkil olunub. Tur zamanı Gənclər Evinin fəaliyyəti, gənclər üçün yaratdığı imkanlar və həyata keçirdiyi layihələr barədə məlumat verilib.

Sonda tələbələrə təşəkkürnamələr təqdim olunub.

Layihənin keçirilməsində əsas məqsəd gənclərin ekoloji savadlılığının artırılması, ətraf mühitə məsuliyyətli münasibətin təşviqi və tullantıların təkrar istifadəsinə yaradıcı yanaşmanın formalaşdırılması olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью