ADPU tələbələri Zəfər Muzeyini ziyarət ediblər

05.11.2026

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 5 noyabr, AZƏRTAC

8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya və biologiya fakültəsinin tələbələri və dekan müavini dosent Bəsti Əsədova Zəfər Muzeyini ziyarət ediblər.

Universitetdən AZƏRTAC-a bildirilib ki, ziyarət zamanı tələbələr Vətən müharibəsində qazanılmış tarixi Qələbənin əhəmiyyətini əks etdirən eksponatlarla tanış olub, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda aparılan mübarizə, şəhidlərimizin qəhrəmanlığı və Azərbaycan Ordusunun şücaəti haqqında ətraflı məlumat əldə ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью