ADPUnun müəllimləri Bartın Universitetində tədris prosesində iştirak ediblər AZƏRTAC

02.12.2024

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 2 dekabr, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsinin müəllimləri “Erasmus+” mübadilə proqramı çərçivəsində Türkiyənin Bartın Universitetində tədris prosesində iştirak ediblər.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, 5 gün davam edən mobillikdə müəllimlər öz ixtisasları üzrə 8 saat dərs tədris edib, universitet və fakültə ilə tanış olublar.

Mobillik Türkiyənin Bartın Universiteti ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında “Erasmus+” proqramı çərçivəsində akademik əməkdaşlıq, tələbə-müəllim mübadiləsi məqsədilə 2022-ci ildə imzalanmış müəssisələrarası müqavilə əsasında təşkil edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью