Adrianonun anasını ziyana saldılar

02.02.2026

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Braziliya yığmasının sabiq oyunçusu Adrianonun anası Roşild dələduzların qurbanı olub. Bu barədə Adriano sosial şəbəkı həsabında paylaşım edib.

"Football-plus.az" xəbər verir ki, dələduzlar “Parma” və “İnter”dəki uğurlu çıxışları ilə tanınan sabiq hücumçunun səsini süni intellekt vasitəsilə saxtalaşdıraraq qadını aldadıb və onun şəxsi maliyyə məlumatlarını ələ keçiriblər. Nəticədə Roşild 15 min Braziliya realı (təxminən 2400 avro) ziyana düşüb.
Adriano bu hadisədən çox əsəbiləşib və dələduzlardan pulları qaytarmağı tələb edib. Sabiq futbolçunun sözlərinə görə, bu, baş verməsə, o, “onlara Yerdə cəhənnəmi göstərəcək”.
Xatırladaq ki, Adriano futbolçu karyerasını 2016-cı ildə başa vurub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью