Adrianonun məyusedici son halı VİDEO İdman və Biz

04.11.2024

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

Braziliya millisinin və Milan "İnter"inin sabiq futbolçusu Adrianonun Rio-de-Janeiroda xoşagəlməz videosu yayılıb.

İdman.biz xəbər verir ki, videoda tanınmış hücumçu spirtli içki təsirində olub.
Videoda Adriano ayaqyalın bir əlində içki dolu stəkan, digər əlində siqaret tutub.

Bu, "İnter"in sabiq forvardının atasını itirməsi ilə əlaqələndirilib. Valideyninin ölümündən sonra veteran futbolçu depressiyaya düşüb və bu təsirdən hələlik çıxa bilməyib.

Qeyd edək ki, Adriano Braziliya millisində 48 oyuna çıxıb və 27 qol vurub.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью