Adriel Ba Loua Qəbələ də

12.07.2025

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

“Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

"Football-plus.az" xəbər verir ki. bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Fil Dişi Sahilindən olan yarımmüdafiəçi Adriel Ba Loua “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq. 28 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Onun son klubu Fransa təmsilçisi “Kan” olub. Ba Loua bunadək ASEC (Fil Dişi Sahili), “Lill” (Fransa), “Veyle” (Danimarka), “Karvina”, “Viktoriya” (hər ikisi Çexiya) və “Lex”də (Polşa) forma geyib.
Qeyd edək ki, “Qəbələ” bunadək Prins Ovusu, İsaak Amoah və Paulo Quimbilanı heyətinə qatıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью