ADSEA güclü yağışla əlaqədar görülən işləri açıqladı | Icma.az
Icma.az bildirir, Oxu.az portalına istinadən. "İntensiv yağışlar zamanı müxtəlif ərazilərdə yaranan problemlərin aradan qaldırılması məqsədi
Xüsusilə, rayonlar üzrə sukanal idarələrinin rəhbərləri, ümumilikdə bütün işçi heyəti yığılan suların ərazilərdən çəkilməsi, yağış və kanali
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.
Bildirilib ki, yağışların intensivliyi nəticəsində bəzi ərazilərdə subasma hallarının baş verməməsi üçün həmin ərazilər əvvəlcədən nəzarətə götürülüb, texnika, mal-material və işçi heyəti ilə təmin olunub.
Qeyd edilib ki, hava şəraitindən asılı olmayaraq şəbəkələr vasitəsilə həm yağış sularının, həm də tullantı sularının maneəsiz şəkildə daşınması üçün kanalizasiya kollektorlarının yuyulması, baxış quyuları və yağış barmaqlıqlarının təmizlənməsi işləri müntəzəm həyata keçirilir: "Eyni zamanda, kanalizasiya nasos stansiyaları təftiş olunur, mövcud olan digər mexaniki avadanlıqlar saz vəziyyətə gətirilir.
İntensiv yağışlar zamanı isə bu işlər daha da gücləndirilmiş şəkildə icra edilir.
Hazırda hava şəraiti ilə əlaqədar sukanal idarələrin məsul əməkdaşları yağış sularının idarə olunmasını nəzarətdə saxlayırlar, baş verəcək fəsadların qarşısının öncədən alınması məqsədilə işlər həyata keçirirlər".
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu