Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tabeliyində İri Şəhərlərin Birləşmiş Su
525.az Xidmətə istinadən xəbər verir ki, qış aylarında əsasən problemlər sayğaclar və magistral paylayıcı şəbəkələrdə baş verən donvurmalar
"Primitiv qaydada çəkilmiş su xətlərinin əksəriyyətində izolyasiya tələbi nəzərə alınmır.
Tövsiyəmiz odur ki, həmin xəttlər ya izolyasiya olunmalı ya da torpaq altına keçirilməlidir.
İstehlakçıların diqqətinə çatdırırıq ki, fərdi yaşayış evlərində, həyətyanı sahələrdə, kommersiya obyektlərində quraşdırılmış sayğacların şaxtalı günlərdə donvurma nəticəsində sıradan çıxmasının qarşısının alınması üçün zəruri və qabaqlayıcı tədbirlərin görülməsi vacibdir",- məlumatda deyilir.
Bildirilir ki, şaxtanın daha çox olduğu gecə saatlarında sayğac içərisində suyun qalmamasına görə sayğacın giriş vintili bağlanmalı, çıxış vintili açıq saxlanılmalı, sayğac qutusunun qapağı bağlı qalmalıdır.
Donvurmadan mühafizə tədbirləri məqsədilə açıq havada qalan boruları, sayğacın özünü isti materiallarla örtmək, qutunun içərisini ağac yonqarı ilə doldurmaq vacibdir.
Qurum qeyd edib ki, qış aylarında su təchizatı sistemində yarana biləcək problemlərin aradan qaldırılması istiqamətində fəaliyyətini davam etdirilməkdədir: "Əsasən kanalizasiya kollektorlarının yuyulması, baxış quyuları və yağış barmaqlıqlarının təmizlənməsi işləri həyata keçirilir.