ADSEA Kürdəxanıda su itkilərini araşdırır FOTOLAR

07.03.2025

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində su itkilərinin araşdırılması aparılır. SİA xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Bildirilib ki, qurumun Nəzarət Ölçü Cihazları İdarəsi xüsusi cihazlar vasitəsilə su itkilərinin araşdırılmasını həyata keçirir.

Suyun səmərəli idarə olunması və dayanıqlı təchizatın təmin edilməsi məqsədilə bu istiqamətdə işlər davam etdirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью