“Adsız Mercedes”lərin istehsalı başlandı FOTO

09.05.2025

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiyada sanksiyaya görə tərk edilmiş avtomobil zavodlarının birində yenidən istehsal başlayıb. Həm də qərbli istehsalçıların iştirakı olmadan.  

Avtosfer.az xəbər verir ki, Moskva ətrafındakı Yesipovo şəhərindəki köhnə “Mercedes” zavodunda istehsal bərpa edilib. Lakin Ştutqartlı istehsalçı bu maşınların “Mercedes” adlandırılmasına razılıq verməyib.


Bu səbəbdən Rusiya polisi avtomobillərin qeydiyyat şəhadətnmaməsində “Markasız” MB GLS 400 d 4Matic” kimi göstərib. Formal olaraq bu avtomobil “Mercedes” adlanmasa da, ban nömrəsi 2022-ci ildəki formadadır.
Bir neçə gün əvvəl BMW də Rusiyadakı anbarlarda qalan detallardan yığılmış maşınların ona aid olmadığını bildirmişdi.

Vüqar

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью