Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Oktyabr ayının 8-də Azərbaycan Dillər Universitetində (ADU) IV Beynəlxalq Türk dili və ədəbiyyatının tədrisi simpoziumu keçiriləcək.
Bu barədə Axar.az-a universitetdən məlumat verilib.
Məlumata görə, türk dili və ədəbiyyatının tədrisi sahəsində aktual məsələlərin müzakirə olunacağı simpoziumda Azərbaycanla yanaşı Türkiyə, Yaponiya, Rusiya, Polşa və başqa ölkələrdən ümumilikdə 150-yə yaxın tanınmış alim və tədqiqatçı, ali təhsil müəssisələrinin nümayəndələri iştirak edəcək.
Bildirilib ki, tədbirin əsas məqsədi türk dili və ədəbiyyatının tədrisi ilə bağlı müasir yanaşmaları, mövcud problemləri və perspektivləri müzakirə etmək, bu sahədə qabaqcıl təcrübə və elmi fikirlərin mübadiləsinə şərait yaratmaqdır:
“Simpozium gənc tədqiqatçıların elmi araşdırmalarını təqdim etmələri, müxtəlif ölkələrdən olan həmkarları ilə fikir mübadiləsi aparmaları və yeni elmi əlaqələr qurması baxımından mühüm platforma olacaq. Tədbir iştirakçılara türk dili və ədəbiyyatının tədrisi sahəsində mövcud elmi yanaşmalarla yaxından tanış olmaq, beynəlxalq təcrübəni öyrənmək və öz tədqiqatlarının nəticələrini daha geniş elmi auditoriyaya təqdim etmək imkanı yaradacaq”.