ADU da “Müstəqilliyə gedən yol” adlı tədbir keçirildi FOTO

17.11.2026

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Noyabrın 17-də Azərbaycan Dillər Universitetində Milli Dirçəliş Gününə həsr olunmuş “Müstəqilliyə gedən yol” adlı tədbir keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Redaktor.az xəbər verir ki, tədbirin moderatoru, dosent Namiq Əsədov Milli Dirçəliş Gününün tarixi və siyasi əhəmiyyətindən danışaraq, 17 noyabr 1988-ci il hadisələrinin Azərbaycan xalqının milli azadlıq mübarizəsində mühüm dönüş nöqtəsi olduğunu qeyd edib.

Daha sonra ADU-nun rektoru, akademik Kamal Abdulla açılış nitqi ilə çıxış edib. Açılış nitqində akademik Kamal Abdulla Milli Dirçəliş Gününün Azərbaycan xalqının milli özünüdərk tarixində mühüm yer tutduğunu vurğulayıb.

Rektor çıxışında həmin dövrün tarixi hadisələrinin gənc nəslə çatdırılmasının,milli yaddaşın qorunmasının və vətənp rvərlik ruhunun aşılanmasının əhəmiyyətindən danışıb.

Qeyd olunub ki,Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Onun müəyyən etdiyi siyasi kurs müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında və inkişafında əsas rol oynayıb.

Vurğulanıb ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan müstəqil dövlət kimi öz mövqeyini daha da möhkəmləndirir, ölkənin qazandığı uğurlar xalqımızın milli iradəsinin və birliyinin nəticəsidir.

Bildirilib ki, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər xalqımızın milli birliyinin, dövlətimizin gücünün və ərazi bütövlüyümüzün bərpası istiqamətində uzun illər aparılan mübarizənin nəticəsidir.

Tədbir çərçivəsində Milli Dirçəliş Gününün tarixi hadisələrini, 1988-ci ildə başlayan milli azadlıq hərəkatını və Azərbaycanın müstəqilliyə gedən yolunu əks etdirən videoçarx nümayiş olunub.

Daha sonra çıxış edənlər: Ümumi dilçilik kafedrasının müəllimi Cəmil Babayev, Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müəllimi Aygün Əliyev və BMR fakültəsinin III kurs tələbəsi Aygün Əliyeva Milli Dirçəliş Gününün tarixi əhəmiyyətindən, xalqımızın milli azadlıq hərəkatında nümayiş etdirdiyi birlik və həmrəylikdən bəhs ediblər.

Çıxışlarda 17 noyabr hadisələrinin Azərbaycanın dövlət müstəqilliyinə gedən yolda oynadığı mühüm rola toxunulub, milli özünüdərk, vətənpərvərlik və dövlətçilik ənənələrinin gənc nəslə aşılanmasının vacibliyi vurğulanıb.

Tədbir ADU tələbələrinin ifasında “Vətənim Azərbaycan” adlı kompozisiya ilə başa çatıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью