Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Tədris prosesində və beynəlxalq reytinq cədvəllərində əhəmiyyətli uğurlara imza atan, ikili diplom sahəsində dünyanın nüfuzlu universitetləri ilə əlaqələri genişlənən Azərbaycan Dillər Universitetinə (ADU) 2025-2026-cı tədris ilində tələbə qəbulu faizi 99,4% olub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Redaktor.az xəbər verir ki, bu barədə ADU-nun Mətbuat xidmətindən bildirilib.
Belə ki, ilkin məlumata görə, birinci turda ADU-ya 1810 plan yeri üzrə 1799 nəfər tələbə qəbul olub.Qeyd edək ki, ADU 2025-ci ildə nüfuzlu “Quacquarelli Symonds” (QS) beynəlxalq reytinq cədvəli üzrə 5200 universitet arasında dünyanın ən yaxşı 250 universitetinin siyahısına daxil olub. Bu, universitetin tarixində qeyd alınan ilk hadisədir.