525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan Dillər Universitetində (ADU) tələbələrin media sahəsində praktiki bacarıqlarının inkişaf etdirilməsi, universitetin elmi-pedaqoji həyatının operativ işıqlandırılması və müxtəlif dillərdə informasiya mübadiləsinin təmin edilməsi məqsədilə "ADU Radio"nun açılışı olub.
525.az xəbər verir ki, raçılışını universitetin rektoru, akademik Kamal Abdulla edib. Açılış çərçivəsində akademik Kamal Abdulla radioya ilk müsahibə verib.
Rektor bildirib ki, ADU-nun son illərdə qazandığı uğurlar ölkə ictimaiyyəti, təhsil nümayəndələri və beynəlxalq təhsil ekspertləri tərəfindən yüksək qiymətləndirilir, reytinq cədvəllərində universitetin bütün sahələr üzrə fəaliyyəti təqdir olunur.
Azərbaycan Dillər Universiteti 2026–2027-ci tədris ili üzrə tələbə qəbulunda yüksək nəticə əldə edib. Universitet üzrə müəyyən edilmiş qəbul planı 100 faiz dolub. ADU-da qəbul planının tam dolması universitetin təhsil proqramlarının rəqabətqabiliyyətliliyini, müasir əmək bazarının tələblərinə uyğun kadr hazırlığı istiqamətində həyata keçirilən məqsədyönlü fəaliyyətini və akademik mühitə olan etimadı əks etdirən mühüm göstəricilərdən biridir
Qeyd edək ki, ADU Radionun fəaliyyətinin təşkilində Beynəlxalq Jurnalistika fakültəsi xüsusi rol oynayır. Fakültənin rəhbərliyi altında tələbələrin radio fəaliyyətinə cəlb olunması, onların xəbər hazırlama, aparıcılıq və digər media bacarıqlarının inkişaf etdirilməsi nəzərdə tutulur.
Radionun efirində universitetin ictimai, elmi və tədris həyatında baş verən yeniliklər, mühüm layihələr və xəbərlər operativ şəkildə işıqlandırılacaq. Eyni zamanda, ADU-da tədris olunan müxtəlif dillərdə xəbərlərin səsləndirilməsi planlaşdırılır.
ADU-nun elmi-pedaqoji fəaliyyəti, universitetdə həyata keçirilən yeniliklər və tələbələrin əldə etdiyi nailiyyətlər də radio vasitəsilə geniş auditoriyanın diqqətinə çatdırılacaq.
Xəbərlər radionun sosial media hesablarında, eləcə də universitetin tədris korpusunda canlı yayımlanacaq.
Yeni layihə tələbələrin media sahəsində nəzəri biliklərini praktik fəaliyyətlə möhkəmləndirməsinə, yaradıcılıq imkanlarının genişləndirilməsinə və universitetin informasiya fəaliyyətinin daha da təkmilləşdirilməsinə xidmət edəcək.