ADY 145 illiklə bağlı xüsusi film təqdim etdi Video

14.10.2025

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti 145 illik yubileyinə həsr olunmuş xüsusi qısa film təqdim edib.

Axar.az xəbər verir ki, filmdə aktyor Pərviz Fəxrəddin Bakı Dəmiryol Vağzalında yerləşən heykəlin obrazını canlandırıb. Ekran işində həm dəmir yolunun 145 illik tarixi inkişaf mərhələləri, həm də müasir infrastruktur layihələri əks olunub. Filmdə xüsusilə Horadiz-Ağbənd dəmiryolunun tikintisi, 32 il sonra Ağdama ilk qatar reysinin təşkil olunması və ADY-nin son illərdə həyata keçirdiyi yeniliklər – yeni lokomotiv parkı, rəqəmsal idarəetmə sistemi və qurumun beynəlxalq nəqliyyat dəhlizlərində artan rolu da nümayiş etdirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью