ADY 5 ayda sərnişin daşınmasını 16 faiz artırıb

05.06.2026

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu ilin yanvar-may aylarında "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) ölkədaxili marşrutlar və Abşeron dairəvi dəmir yolu ilə ümumilikdə 4 milyon 513 min 747 sərnişin daşınıb.

Avtosfer.az ADY-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,3 % çoxdur.

Qeyd olunan dövrdə Abşeron dairəvi dəmir yolu ilə 4,3 milyona yaxın (+16 %), rayonlararası marşrutlarla isə təxminən 240 min sərnişin (+21 %) səfər edib.

Eyni zamanda, ADY ilə səfər etmiş xarici turistlərin sayı 11 000 nəfəri ötüb və ötən ilin eyni dövründən 6 % çox olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью