ADY 9 ayda yükdaşımanı 11 faiz artırıb

07.10.2026

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bu ilin yanvar-sentyabr aylarında 14 milyon tona yaxın yük daşıyıb.

ADY-dən XQ-yə bildirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz çoxdur.

Qeyd olunan dövrdə tranzit yükdaşımaların həcmi 15 faiz artaraq 5,7 milyon tona çatıb. Tranzit daşımalarında Şərq-Qərb dəhlizi üzrə 20 faiz, Şimal-Cənub istiqaməti üzrə isə 26 faiz artım qeydə alınıb.

Sentyabr ayında isə ADY-nin ümumi yükdaşıma həcmi əvvəlki ilin eyni ayı ilə müqayisədə 29 faiz artıb. Bu dövrdə tranzit daşımaların həcmi 37 faiz yüksəlib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью