ADY Abşeron dairəvi dəmir yolu ilə səfər edən sərnişinlərə müraciət edib

14.11.2025

Icma.az, Apa.az saytına istinadən bildirir.

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Abşeron dairəvi dəmir yolu ilə səfər edən sərnişinlərə müraciət edib.

“ADY”dən “APA-Economics”ə verilən məlumata görə, qatarlarda başqaları üçün yer saxlamaq, bu məqsədlə həmin yerə əşya qoyaraq onu məşğul etmək digər sərnişinlərin hüququnu pozur.

“Şəhərətrafı gediş üçün ödəniş etmiş sərnişinin istənilən boş yerdə oturmaq hüququ var”, - müraciətdə qeyd olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью