ADY: Bakı Ağstafa Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

14.10.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Artan sərnişin tələbatını qarşılamaq üçün oktyabrın 17-18-də Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək.

Bakıvaxtı.az bu barədə Azərbaycan Dəmr Yolları QSC-yə istinadən xəbər verir.

Məlumata görə, eyni zamanda, bu istiqamətlərə Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur.

Biletləri ADY-nin rəsmi saytı, “ADY Mobile” tətbiqi və ya dəmiryol kassalarından əldə etmək mümkündür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью