ADY Bakı Ağstafa marşrutu üzrə əlavə qatar reysləri təyin edir

30.05.2025

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə mayın 31 may 1 iyun tarixlərində əlavə qatar reysləri təyin edir.

"Unikal" xəbər verir ki, Bakı-Ağstafa-Bakı qatarları ilə ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər etmək mümkündür.

"Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz", - deyə məlumatda qeyd edilib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью