ADY bayram günlərində 132 min sərnişin daşıyıb

01.04.2025

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bayram günlərində şəhərətrafı və rayonlararası qatarlarla 130 mindən çox sərnişin daşıyıb.

ADY-dən Modern.az-a verilən məlumata görə, 20-31 mart tarixlərində 132 124 nəfər daşınıb.

Qeyd olunan tarixlərdə Abşeron dairəvi dəmir yolu ilə 106 006 nəfər, Bakı-Ağstafa-Bakı marşrutu üzrə 17 763 nəfər, Bakı-Balakən-Bakı marşrutu üzrə 4 231 nəfər, Bakı-Qəbələ-Bakı marşrutu üzrə isə 4 124 nəfər rahat və təhlükəsiz səfər edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью