ADY bayram günlərinin iş qrafikini AÇIQLADI

26.05.2026

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycan Dəmir Yolları” QSC bayram günlərinin iş qrafikini açıqlayıb.
Qurumdan Bizim.Media-ya verilən məlumata görə, Qurban bayramı və Müstəqillik Günü münasibətilə 27, 28 və 29 may tarixlərinin istirahət günü elan olduğunu nəzərə alaraq 27, 28, 29, 30 və 31 mayda Abşeron dairəvi dəmir yolu üzrə qatarlar şənbə-bazar günlərinin cədvəli ilə hərəkət edəcək.
“Hərəkət cədvəlləri ilə saytımızda və ya "ADY Mobile" tətbiqində tanış ola bilərsiniz”,-deyə məlumatda bildirilib.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью