ADY: Bilet satışı davam edir, saytda ləngimələr müraciət çoxluğu ilə bağlıdır

07.07.2026

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Hazırda ADY-nin saytında bilet satışı davam edir, lakin müraciətlərin sayı çox olduğuna görə ləngimələr baş verə bilir. 
Modern.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Sərnişindaşımalar departamentinin rəisi Azər Fərəcov media üçün keçirilən brifinq zamanı deyib. 

O, qurum saytında yaranan nasazlığı belə açıqlayıb: 

“Problem nəzarət altındadır. Hər hansı bir çətinlik yoxdur. Hazırda biletlərin satışı öz qaydasında davam edir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью