ADY bu il sərnişin daşımalarını 20% artırıb

07.10.2025

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

AZCON Holding şirkətlərindən olan "Azərbaycan Dəmir Yolları" QSC (ADY) sentyabr ayında ötən ilin eyni dövrü ilə müqayisədə ölkədaxili marşrutlar və Abşeron dairəvi dəmir yolu ilə 944 min sərnişin daşıyıb, bu da illik müqayisədə 17% artım deməkdir.

ADY-dən "APA-Economics"ə verilən məlumata görə, bu ilin 9 aylıq ümumi sərnişindaşıma göstəricisi (7 156 851 sərnişin) isə keçən ilin müvafiq dövrünün nəticələrini 20% üstələyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью