ADY də çirkli suların təkrar istifadəyə verilməsi necə həyata keçirilir?

22.03.2025

Icma.az, Axar.az saytına istinadən bildirir.

22 mart Dünya Su Resursları Günü kimi qeyd olunur.

Axar.az xəbər verir ki, ADY dəmir yollarının dayanıqlı inkişafı üçün su resurslarına qənaət edir, çirkli suyun təkrar istifadəyə qaytarılmasını təmin edir.

Yeni Biləcəri və Gəncə lokomotiv depolarında hərəkət tərkibinin yuyulmasında 1510-84 DÜST normasına uyğun olaraq avtomatik yuma cihazından istifadə edilir

Proses zamanı yaranan çirkli su mərhələli şəkildə təmizlənərək təkrar istifadəyə verilir.

Yekunda toplanan sənaye mənşəli çirkab suları müvafiq sistemlər vasitəsilə təmizlənərək kanalizasiyaya axıdılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью