ADY də daha bir təyinat olub

24.02.2025

Mia.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) daha bir təyinat olub.

Mia.az ADY-yə istinadən xəbər verir ki, qurumun yeni yaradılmış Marketinq və tarif siyasəti departamentinin müdiri vəzifəsinə Heydər Cəfərli təyin olunub.

Heydər Cəfərli 1986-cı ildə anadan olub. 2003-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə bakalavr pilləsində təhsil alıb. 2009-2011-ci illərdə Potsdam Universitetində “İqtisadiyyat və biznes”, 2011-2013-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Beynəlxalq iqtisadi münasibətlər”, 2016-2018-ci illərdə isə Drezden Texniki Universitetində “Layihə idarə edilməsi” ixtisasları üzrə magistratura pilləsində təhsil alıb.

Peşəkar fəaliyyəti dövründə Dövlət Məşğulluq Xidməti (indiki Dövlət Məşğulluq Agentliyi) və “Aqro-Azərinvest” MMC-də rəhbər vəzifələrdə çalışıb.

2018-ci ildən ADY-nin müxtəlif struktur bölmələrində rəhbər vəzifələrdə işləyən Heydər Cəfərli 2023-cü ilin avqustundan Kommersiya departamentinin müdir müavini olub və müdiri vəzifəsini icra edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью