ADY də sərnişindaşımaları artıb

11.09.2026

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ADY bu ilin yanvar-avqust aylarında 7,3 milyondan çox sərnişin daşıyıb. 

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18% çoxdur.

Bu barədə “Cebheinfo.az”-a Azərbaycan Dəmir Yollarından məlumat daxil olub.

Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 6.9 milyon (17% artım), rayonlararası marşrutlarla 396 min (15% artım), beynəlxalq Bakı-Tbilisi-Bakı marşrutu ilə isə 53 min sərnişin səfər edib.Bu ilin avqust ayında ümumi sərnişindaşımada (913 568) 24% artım qeydə alınıb.

Nigar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью