ADY də vəziyyət gərgindir Ekspert

18.03.2025

Azpost saytından alınan məlumata görə, Icma.az bildirir.

“Bakı – Balakən qatarı, yalnız bir tərəfə biletin qiyməti :
SV – 96 manat
Kupe – 34 manat

5 il işləməyən Bakı – Balakən qatarının fəaliyyətinin bərpa edilməsi istiqamətində ADY-nin səyləri nə qədər diqqət cəlbedən olmuşdursa, indi təklif olunan qiyməytlər də bir o qədər ağlasığmazdır”.

AzPost xəbər verir ki, bunu ekspert Osman Gündüz öz sosial şəbəkə hesabında yazıb.

“Görünür ADY-də vəziyyət gərgindir. Adi vaxtlarda arada bu qatarın doluluq vəziyyətinə göz gəzdirirdim. Adətən 50%-dən aşağı olurdu. Güman ki əvvəlki dövrlərə nisbətən 4 dəfədən çox bahalaşan qiymətlər sərnişinlərə sərf eləmir” – deyə o bildirib.

Ekspert bildirib ki, hökumətdən subsidiya ala bilməyən ADY adi günlərdəki boş gedişlərin əvəzini bayram günlərinə yükləyib.

“Fikrimcə bu tip yanaşma sərgiləməkdənsə hökumətdən subsidiya almaq uğrunda vuruşmaq daha ağlabatan olardı”.

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью