Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Azərbaycan Dəmir Yolları" QSC-də (ADY) Dəmir yolu infrastrukturunun təhlükəsizliyi üçün xətlərin texniki vəziyyəti diaqnostika qatarı ilə mütəmadi yoxlanılır.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Bildirilib ki, müasir diaqnostika sistemləri ilə təchiz edilmiş qatar vasitəsilə relslər arasındakı məsafə, relslərin səviyyəsi, şpalların və bərkidicilərin vəziyyəti yoxlanılır. Elektrikləşmiş xətlərdə isə kontakt şəbəkəsinin texniki vəziyyəti də xüsusi avadanlıqlar vasitəsilə nəzarətdə saxlanılır.
ADY-nin müasir texnologiyalarla, o cümlədən ultrasəs aşkarlama sistemi ilə təchiz edilmiş xüsusi diaqnostika qatarı vasitəsilə dəmiryol infrastrukturuna ayda iki dəfə kompleks baxış keçirilir.
Aparılan yoxlamalar zamanı hər hansı uyğunsuzluq və ya qüsur müəyyən edildikdə, onun dəqiq yeri barədə aidiyyəti sahə mütəxəssislərinə məlumat verilir. Bundan sonra həmin əraziyə baxış keçirilir və müəyyən edilmiş problemin xarakterindən asılı olaraq müvafiq tədbirlər görülür.
Belə tədbirlərə relslərin dəyişdirilməsi, dəmir yolu xəttinin həndəsi parametrlərinin bərpası, ballast qatının yenilənməsi və digər texniki işlər daxildir.
Diaqnostika qatarının fəaliyyəti dəmir yolu infrastrukturunda mümkün nasazlıqların erkən mərhələdə aşkarlanmasına, onların operativ şəkildə aradan qaldırılmasına və qatarların təhlükəsiz hərəkətinin təmin edilməsinə xidmət edir.
WhatsApp-da Səs Media Qrupu kanalını izləyin
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Mənzil kreditlərinin daha əlçatan olması üçün hansı addımlar atılmalıdır? - EKSPERT AÇIQLADI
"Uşağın məktəb rejiminə adaptasiyası tədricən aparılmalıdır" - PSİXOLOQ
Energetika naziri Laçında vətəndaşların müraciətlərini dinləyəcək
Bu gün Bakının bəzi əraziləri qazsız qalacaq- XƏBƏRDARLIQ
"Azərpoçt"da yeni kadr təyinatı olub
Bu gündən daha bir qadağa qüvvəyə minir- su obyektləri barədə...
Şuşa-Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib
FHN gözlənilən hava şəraiti barədə əhaliyə müraciət edib
Bakının bir sıra yollarında hərəkət məhdudlaşdırıla bilər - AAYDA