ADY dən Bakı Limanı ilə bağlı yeni rəqəmlər: yük və konteyner daşımaları artıb

17.09.2026

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Dəmir Yolları (ADY) tərəfindən Bakı Limanında 5,5 milyon tondan çox yük aşırılıb.

ADY-dən Redaktor.az-a verilən məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 3 faiz çoxdur.

Qeyd olunan dövrdə Bakı Limanında 85 mindən çox TEU konteyner aşırılıb. Bu isə ötən ilin ilk 8 ayında qeydə alınan 69 855 TEU göstəricisindən 22 faiz çoxdur.

Təkcə 2026-cı ilin avqust ayında 12,9 min TEU konteyner aşırılıb. Bu göstərici ötən ilin avqust ayı ilə müqayisədə 39 faiz artıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью