ADY dən əhaliyə VACİB MÜRACİƏT

21.08.2026

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dəmiryol keçidlərində təhlükəsiz hərəkətin təmin olunması əsas məqsədlərdən biridir.

Bu barədə BAKU.WS-ə "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib.

Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında dəmiryol keçidlərində 21 təhlükəli hadisə qeydə alınıb.

Bildirilib ki, tələskənlik və diqqətsizlik nəticəsində qatar yoluna çıxan sürücülər və piyadalar arasında xəsarət alanlar və həyatını itirənlər olub.

"Bu kimi hadisələrin qarşısının alınması məqsədilə tərəfindən dəmiryol keçidlərinin yaxınlığında xüsusi xəbərdaredici posterlərin quraşdırılmasına başlanılıb.

Bir daha sürücü və piyadaları qatar yoluna çıxmamağa, dəmiryol keçidlərində diqqətli və məsuliyyətli olmağa çağırırıq", - məlumatda qeyd edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью