ADY dən Kitab Dayanacağı layihəsi

01.07.2026

Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Bu gündən etibarən ADY-nin Bakı Dəmiryol Vağzalının gözləmə zalında fəaliyyətə başlayan “Kitab Dayanacağı” sərnişinlərin gözləmə və səfər vaxtını daha maraqlı, faydalı və mənalı keçirməsi üçündür.
? “Kitab Dayanacağı”ndan istifadə çox sadədir:
1. Rəfdə fərqli dillərdə və müxtəlif janrlarda təqdim olunan kitablar arasından bəyəndiyinizi seçin. Bunun üçün qeydiyyat və ödəniş tələb olunmur.
2. Kitabı gözləmə zalında və ya səfər zamanı oxuyun.
3. Oxuduqdan sonra kitabı yenidən “Kitab Dayanacağı”na və ya qatar bələdçisinə qaytarın ki, digər kitabsevər sərnişinlər də ondan faydalana bilsinlər.
? Siz də oxuduğunuz və digər kitabsevərlərə tövsiyə etdiyiniz kitabları layihəyə əlavə edə bilərsiniz. Kitabları Bakı Dəmiryol Vağzalındakı Məlumat Mərkəzinə təhvil vermək və ya bizimlə birbaşa əlaqə saxlamaq kifayətdir.
Unutmayaq ki, bu kitablar hamımız üçündür. Gəlin “Kitab Dayanacağı”nı birlikdə yaşadaq, kitabları qoruyaraq növbəti oxuculara ötürək.
? Getdiyiniz bütün yollarda yoldaşınız kitab olsun.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью