ADY dən sərnişinlərə çağırış: Qatarda əşya unudularsa, nə etməli? VİDEO

29.10.2026

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Yanvarın 1-dən oktyabrın 15-dək qatarlarımızda 800-dən çox əşya unudulub. Bu, orta hesabla ayda 80-90 əşya deməkdir.
Bizim.Media xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları QSC” məlumat yayıb.
“Sərnişinlərimizin ən çox unutduğu əşyalar geyim və aksessuarlar, çantalar, telefon və adapterlər, sənədlər, bank kartları və yemək qablarıdır. Ən çox əşya Bakı-Sumqayıt, Bakı-Tbilisi və Bakı-Gəncə marşrutlarında unudulur.
Unudulan əşyaların 250-yə yaxını (təxminən 30%-i) əməkdaşlarımız tərəfindən sahiblərinə təhvil verilib. Qalanları isə hələ də sahiblərini gözləyir.
Sərnişinlərimizə qatardan düşərkən diqqətli olmağı və əşyalarını götürməyi unutmamağı tövsiyə edirik. Qatarda, yaxud vağzal ərazisində əşyalarını unudan sərnişinlər vağzal növbətçisinə və ya 1822 Əlaqə Mərkəzinə müraciət edə bilər”, - məlumatda qeyd olunub.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью