ADY dən sərnişinlərə TƏCİLİ MESAJ: Vağzala 30 40 dəqiqə əvvəl gəlin!

01.09.2026

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) rayonlararası qatarlarla səfər edən sərnişinlərə xəbərdarlıq edib.

"Yeni Sabah" xəbər verir ki, ADY sərnişinlərə qatarın hərəkət vaxtını nəzərə almağı və vağzala vaxtında gəlməyi tövsiyə edib.

Bildirilib ki, sərnişindaşıma qaydalarına əsasən, rayonlararası qatarlarına minik üçün qeydiyyat səfərin başlanmasına 5 dəqiqə qalmış dayandırılır. Pepperoni pizza

ADY sərnişinlərin rahat qeydiyyatdan keçməsi və qatarda yerləşməsi üçün qatarın hərəkətə başlamasına ən azı 30-40 dəqiqə qalmış vağzala və ya stansiyaya gəlmələrini bildirib.

Aytac Əliyeva


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью