Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 9 sentyabr, AZƏRTAC
Cari ilin 8 ayında Orta Dəhliz vasitəsilə təxminən 54 min TEU konteyner daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11 faizlik artım deməkdir. Düşünürəm ki, ümumilikdə bu, sevindirici haldır, çünki 11 faizlik artım dəhlizdə müsbət dinamikanın getdiyini göstərən yaxşı bir işarədir.
AZƏRTAC xəbər verir ki, bu sözləri "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) törəmə şirkəti "ADY Express" MMC-nin baş əməliyyat inzibatçısı Rəşad Məcidov "Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə” (AQEM – CICA) çərçivəsində “Limanların regional bağlantı və strateji əməkdaşlıqdakı rolu” mövzusunda beynəlxalq konfransda deyib.
O qeyd edib ki, Şərq-Qərb və Qərb-Şərq konteyner daşımaları arasında disbalans var: “Bunun da səbəbləri var. Çünki Çin böyük ixracatçı ölkədir və biz qərbli tərəfdaşların Çinin ixrac həcminə çatacağını gözləməməliyik. Bu, tamamilə təbiidir. Şərqdən Qərbə konteyner daşımaları 42 min TEU olduğu halda, Qərbdən Şərqə bu göstərici bunun cəmi dörddəbirini, yəni 10 min – 11 min TEU təşkil edib. Yəni, Qərb-Şərq konteyner daşınmasının artırılması "Azərbaycan Dəmir Yolları" QSC-nin gündəliyində vacib yer tutur”.
Video - Ceyhun Mustafayev
Foto - Tofiq Babayev