ADY Gəncə Mingəçevirə müasir qatarla səfərlərə başlayır

26.09.2025

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Bakıdan kənarda – regionlararası müasir qatarla səfərlərə başlayırıq.

"APA -Economics"in Mingeçevirə ezam edilmiş müxbiri xəbər verir ki, bunu ADY sədrinin müşaviri Arif Ağayev deyib.

O bildirib ki, uzun illərdən sonra Mingəçevirə dəmiryol nəqliyyatı bərpa olunub.

"Azərbaycanda dəmir yollarının yaranmasının 145 illiyi ərəfəsində müasir, komfortlu elektrik qatarları ilə Gəncə-Mingəçevir-Ağstafa marşrutu üzrə gündə 2 dəfə sərnişinlərə xidmət göstəriləcək. Bu marşrutdan Mingəçevirlə yanaşı, Goran, Gəncə, Dəllər, Qovlar, Tovuz və Ağstafa sakinləri də istifadə edə biləcəklər"- deyə o əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью