ADY Hamburq Limanı ilə mühüm razılaşma imzaladı

21.09.2026

Icma.az, Marja.az portalına istinadən məlumat verir.

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmovun rəhbərlik etdiyi nümayəndə heyəti Almaniya Federativ Respublikasına səfər çərçivəsində Hamburq Limanının rəhbərliyi ilə görüş keçirib.

Görüşdə Hamburq Limanının yükdaşımalar üzrə törəmə şirkəti “Metrans”ın nümayəndələri də iştirak edib. Tərəflər Hamburq və Bakı limanları arasında əməkdaşlığın inkişaf etdirilməsi, liman-logistika zəncirinin təkmilləşdirilməsi və Orta Dəhliz üzrə tranzit imkanlarının genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.

Müzakirələr zamanı Avropa ilə Asiya arasında artan yük axınları fonunda dəmir yolu və dəniz nəqliyyatının inteqrasiyasının əhəmiyyəti vurğulanıb. Tərəflər multimodal daşımaların inkişafı, konteyner daşımalarının həcminin artırılması, logistika proseslərinin rəqəmsallaşdırılması və yükdaşımaların daha səmərəli təşkili üzrə əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.

Görüşdə Hamburq Limanının çoxillik beynəlxalq təcrübəsinin, xüsusilə liman əməliyyatlarının idarə olunması, logistika mərkəzlərinin fəaliyyəti və rəqəmsal həllərin tətbiqi sahəsində əldə olunan təcrübələrin paylaşılmasının əhəmiyyəti qeyd olunub.

Bildirilib ki, Bakı Limanında müasir texnika və texnologiyalardan istifadənin genişləndirilməsi, eləcə də dəmir yolu-liman əməliyyatlarının koordinasiyasının gücləndirilməsi Orta Dəhlizin rəqabətqabiliyyətinin artırılmasına mühüm töhfə verir.

Görüşün yekununda ADY və Hamburq Limanı arasında əməkdaşlığın inkişafına dair protokol imzalanıb. Sənəd çərçivəsində tərəflər arasında təcrübə mübadiləsinin genişləndirilməsi, birgə təşəbbüslərin həyata keçirilməsi və logistika sahəsində əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi nəzərdə tutulur.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью